Sosial şəbəkədə biz:

Hesabat: "İsrail həbsxanalarında təxminən 7 min fələstinli saxlanılır"

02 December 2017, 12:48
Gündəm
İsrail hüquq-mühafizə qüvvələri tərəfindən noyabr ayı ərzində Fələstinin işğal olunmuş ərazilərində 450 nəfər saxlanılıb. APA-nın "Anadolu" agenytliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatında deyilib. Hesabatda bildirilib ki, saxlanılan fələstinlilərdən 62-si inzibati qaydada həbs olunub. Son məlumata görə, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.