Sosial şəbəkədə biz:

Türkiyədə kişilərin saçlarını qara rəngə boyamalarına qadağa qoyuldu

02 December 2017, 17:29
Gündəm
Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib. Daily News nəşrinin məlumatına görə, müvafiq fətvanı Türkiyə Diyanət İşləri İdarəsi verib. “Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”, - fətvada bildirilir. Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır. Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub.