Sosial şəbəkədə biz:

Güclü yağış üzündən Binəqədidə 4 nəfər köməksiz vəziyyətdə qaldı

03 December 2017, 18:15
Gündəm
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin mətbuiat xidməti xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər. Əməliyyat başa çatıb.