Sosial şəbəkədə biz:

“Mirhüseynlə Nizami üçün çox ağır qərar oldu” - Cavid Hüseynov

04 December 2017, 12:30
Gündəm
Bu gün Topaz Premyer Liqasının XIV turu çərçivəsində "Qəbələ" "Keşlə"ni qəbul edib.  “Qafqazinfo” xəbər verir ki, 3-0 qələbə qazanan "Qəbələ"nin futbolçusu Cavid Hüseynov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: - Hər oyun bizim üçün çətindir. Hər oyunda bizə qələbə lazımdır ki, itirdiyimiz xallar üçün peşman olmayaq. Çox sevinirik ki, layiqli qələbə qazandıq. - Sanki bu gün "Qəbələ" öz gücünü tam göstərə bilmədi. Kənardan elə görünürdü ki, sanki sadəcə məşq edirsiniz.  - Kənardan elə görsənə bilər. Lakin qəliz oyun idi bizim üçün. Çünki müdafiə güclü idi, çox yara bilmirdik müdafiəni. Ona görə də yaranan fürsləri dəyərləndirməyə çalışırdıq. -Birinci dövrədə "Qəbələ"nin əldə etdiyi nəticədən razısanmı? - Yox. Orda bəzi xallar var idi ki, onlar itirməməliydik, amma itirdik. Bundan razı olmamalıyıq. - Növbəti oyun Azərbaycan kuboku uğrunda "Səbail"lə olacaq. Nə düşünürsən oyun barədə? Yenə asan qələbə qazana biləcəksiniz? - Yox, Azərbaycan kuboku başqadı, Çempionat başqa. Hamsının öz yeri var. İlk oyun evdə olacaq və biz əlimizdən gələni edəcəyik. - Mirhüseyn Seyidov və Nizami Hacıyev haqqında verilən qərar barədə nə deyə bilərsən?  - Bu haqda çox məlumatım yoxdu. Sadəcə mətbuatdan izləyirəm. Ona görə danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, onlar üçün çox ağır qərar oldu.