Sosial şəbəkədə biz:

“Savaşçı” serialında möhtəşəm Qarabağ səhnəsi

04 December 2017, 14:32
Gündəm
Türkiyənin FOX telekanalında yayımlanan məşhur “Savaşçı” serialının 23-cü bölümündə Qarabağla bağlı səhnə yer alıb. Azvision.az-ın məlumatına görə, komandir döyüş tapşırığını yerinə yetirən xüsusi təyinatlıların qarşısında çıxışı zamanı Dağlıq Qarabağ problemindən danışıb. Bildirib ki, Azərbaycan illərdir Qarabağ problemi ilə mübarizə aparır: “Bunu hər kəs bilməlidir ki, xainlərin planları nə olursa-olsun, iki dövlət, bir millət hər zaman ayaqda duracaq, arzuladığı hədəflərə çatacaq”. Komandir daha sonra əsgərlərə ailə üzvlərinin onlarla görüşməyə gəldiyini bildirib. Görüş zamanı əsgərlərin əllərində tutduğu Qarabağ yazısı diqqət çəkib.