Sosial şəbəkədə biz:

Məşhur hind aktyoru Şaşi Kapur vəfat etdi – FOTO

04 December 2017, 20:34
Gündəm
Əfsanəvi hind aktyoru Şaşi Kapur 79 yaşında vəfat edib. Strateq.az “Indian Express” qəzetinə istinadən xəbər verir ki, Kapur uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, dekabrın 3-də Mumbay xəstəxanasına gətirilib və bu gün orada dünyasını dəyişib. Ş.Kapur 100-dən artıq filmdə oynayıb.  Şaşi Kapur digər əfsanəvi aktyor Rac Kapurun kiçik qardaşı idi. O, bir sıra məşhur filmlərdə rolları ilə yadda qalıb.