Sosial şəbəkədə biz:

YAP-ın deputatlığa namizədlərinin siyahısı təsdiqləndi

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
"Report" xəbər verir ki, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.
"Report"un YAP-ın qərargahı qarşısında olan əməkdaşı xəbər verir ki, artıq İdarə Heyətinin bir neçə üzvü YAP-ın binasından çıxıb. Onlar deyiblər ki, iclsa yekunlaşıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclsa yaxşı keşdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol