Sosial şəbəkədə biz:

Regionlarda pulsuz “Wi-Fi” olacaq – VİDEO

07 December 2017, 22:26
Gündəm
Bölgələrdə yaşayan və mütəmadi şəkildə internetdən istifadə edən vətəndaşlara şad xəbərimiz var. Artıq regionlardakı parklarda da pulsuz “Wi-Fi” şəbəkəsi olacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda Bakıdakı bütün böyük parklarda pulsuz “Wi-Fi” xidməti var. Layihə gələcəkdə də davam etdiriləcək və bölgələrdəki parklar da pulsuz “Wi-Fi” ilə təmin olunacaqlar. Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanın ikinci peyki yaxın aylarda orbitə göndəriləcək. Gələn il orbitə buraxılacaq “Azərspace-2” peykinin əhatə dairəsi Avropa, Yaxın Şərq, Afrikada Böyük Səhra, eləcə də Mərkəzi və Cənubi Asiya olacaq.