Sosial şəbəkədə biz:

YAP-ın seçki siyahısında olmayan rektorlar - Siyahı

Yeni Azərbaycan Partiyası noyabrın 1-də Milli Məclisə V çağırışda keçiriləcək seçkilərlə bağlı namizəd siyahısını açıqlayıb. Maraq doğuran məqam rektor olan deputatların namizədliklərinin irəli sürülməsi olub. İlk olaraq mətbuata açıqlama verən Bakı Dövlət Universiteinin rektoru Abel Məhərrəmov seçkilərə getməycəyəni açıqladı. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın adı isə siyahıda yoxdur. Onu Vəliyev Ağalar İsrafil oğlu əvəz edəcək. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu namizdliyi irəli sürülüb. Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevində adı iqtidarın seçki siyahısında yoxdur. Onun yerinə seçkilərə Cabbarova Xatirə Qılman qızı gedəcək. Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev yenidən millət vəkili olmaq üçün seçkiyə gedəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol