Sosial şəbəkədə biz:

İntihar edən İsmətin məktəb direktorundan - Açıqlama

Dünən İsmayıllıda intihar edən 12 yaşlı uşağın oxuduğu məktəbin direktoru danışıb. 5 saylı rayon məktəbinin direktoru Elçin Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, intiharın səbəbi ilə bağlı dəqiq nə isə demək olmaz, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır: “Bizim məktəbdə 800 şagird oxuyur. Məgər köynəyi olmayan özünü asmalıdır? Bu valideyn üçün zərbədir. İsmətin heç bir problemi olmayıb. Düzdür, maddi durumu aşağı idi, lakin xəbəri o şəkildə təqdim etmək düzgün deyil. Onun atası zəhmətkeş adamdır, qonşuyuq, bu barədə söhbət də etmişik. Valideyni deyir ki, məktəb üçün hər şeyi hazır olub”. Direktorun sözlərinə görə, məktəbli həmin gün dərsə getməyib. İsmətin dərslərində yüksək nəticələr əldə etdiyini deyən direktor onun qiymət cədvəlini də bizə təqdim edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol