Sosial şəbəkədə biz:

AZAL Bakı-Moskva aviareyslərinin sayını niyə azaldıb?

Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Moskva marşrutu ilə həyata keçirdiyi uçuşların sayını ikiyə endirib. AZAL yay mövsümü üçün gündəlik uçuşların sayını 3-dək artırsa da, payız-qış mövsümü ilə əlaqədar bunların sayını yenidən 2-yə salıb. Artıq bu gündən etibarən saat 15:15-də Bakıdan Rusiya paytaxtına gerçəkləşdirilən reys ləğv olunub. Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nın Moskvanın "Domodedovo" Hava Limanına həyata keçirdiyi digər iki reys saat 10:40 və 20:00-da yerinə yetirilir. AZAL-dan başqa bu marşrutla Rusiyanın “Aeroflot” (2 reys) və “Siberia” (S7, 1 reys) aviaşirkətləri də reys həyata keçirir. Bu reyslər Moskvanın "Domodedovo" və "Şeremetyevo" aeroportlarına yerinə yetirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol