Bu gün Türkiyədə “Akkuyu” layihəsi işə salınacaq
Bu gün Türkiyədə “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı təntənəli mərasim keçiriləcək.
RİA “Novosti” xəbər verir ki, tədbirdə “Rosatom”un rəhbəri Aleksey Lixaçov və Türkiyənin energetika naziri Berat Albayrak iştirak edəcəklər.
Məlumata görə, söhbət enerji bloklarının inşasına dair hazırlıq işlərinin başlanmasından gedir.