Sosial şəbəkədə biz:

Daha bir məktəbli Bilik günündə özünü asdı

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə “Report”a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, rayonun Gülməmmədli kənd sakini, 12 yaşlı T.Ə. özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib. Hadisə 15 sentyabr - Bilik günündə baş verib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, Bilik günü ərəfəsində İsmayıllı rayonunda da oxşar intihar hadisəsi baş vermişdi. 12 yaşlı məktəbli yeni dərs ilinin başlamasına bir gün qalmış özünü asaraq intihar etmişdi. Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, intihar edən 2003-cü il təvəllüdlü İsmət Qismət oğlu Əsədov özünü yaşadığı evin həyətindəki anbarın çardağından asıb. Yeniyetmənin intihar etməsinə səbəb dərslərin başlamasına bir gün qalsa da ailəsinin ona çanta və köynək ala bilməməsi olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol