Sosial şəbəkədə biz:

Nazim Məmmədovun namizədliyi ilə bağlı problem yaranıb

Yeni Azərbaycan Partiyasının (YAP) çoxdan gözlənilən deputatlığa namizədlərinin siyahısı açıqlandı. Bir çoxları deputatlığa namizəd olub-olmayacaqlarını YAP-ın siyahısı açıqlanmadığından dəqiqləşdirə bilmirdilər. Artıq YAP-ın siyahısı məlumdur, kimlərin deputatlığa namizəd olacaqları isə yavaş-yavaş açıqlanır. Sabiq deputat Nazim Məmmədov bildirib ki, seçkilər elan olunduqdan sonra həm Gədəbəydə, həm də Tovuzda təşəbbüs qrupları yaradılaraq namizədliyinin irəli sürülməsinə razılıq verməyilə bağlı müraciət ediblər: "Mən də razılıq vermişəm, dünən "Tovuz” təşəbbüs qrupu Dairə Seçki Komissiyasına namizədliyimin irəli sürülməsi haqqında bildirişi təqdim edib. "Şınıx” təşəbbüs qrupunun sənədlərinə qeyri-qanuni tələb irəli sürülüb, bununla razılaşmayan təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına şikayətlə müraciət edib”. Hüquqşunas Əliməmməd Nuriyev isə bununla bağlı hələ tam qərara gəlməyib. "Bir-iki günə qərarımı qətiləşdirib məlumat verəcəyəm”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol