Sosial şəbəkədə biz:

Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi

12 December 2017, 20:08
Gündəm
Dünən axşam tanınmış azərbaycanlı bilyardçı vəfat edib. Dəfələrlə çempionluğa sahib olan Emin Hüseynov dünən Bakıda dünyasını dəyişib. Bu barədə Trend-ə onun qardaşı Dünya Gözəllik Konqresinin prezidenti Zamiq Hüseynov məlumat verib. Bilyardçının 38 yaşında ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Emin Hüseynov beynəlxalq dərəcəli idman ustası olub. 2001-ci ildə təşkil olunmuş piramida üzrə dünya çempionatının dördüncüsü olmağı bacarıb. O, Azərbaycanda keçirilən bilyard yarışlarında 6 dəfə birinci yerə layiq görülüb.