Sosial şəbəkədə biz:

Argentinada polis futbolçuları güllələdi – VİDEO

13 December 2017, 20:33
Gündəm
Argentinada polis əməkdaşları ölkə çempionatının final oyunundan sonra “Sportivo de Las Parejas” komandasının futbolçularını güllələyiblər. Oxu.Az-ın xəbərinə görə, səbəb kimi futbolçuların hakimə hücumu göstərilir. Qarşılaşma “Defensores de Armstron” klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib futbolçular hakimi oyunu düzgün idarə etməməkdə ittiham ediblər. İnsidentə müdaxilə edən polis rezin güllələrdən istifadə edib. Bir neçə futbolçu yaralanıb, onlardan biri isə gözünü itirib.