Sosial şəbəkədə biz:

Bakı Biznes və Kooperasiya Kollecində gənc oğlan bıçaqlanıb

14 December 2017, 09:13
Gündəm
Bakı Biznes və Kooperasiya Kollecində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə ötən gün günorta saatlarında kollecin həyətyanı sahəsində qeydə alınıb. Belə ki, 17 yaşlı Cəfərli Ayxan Rövşən oğlu kollecin tələbəsi ilə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparır.