Bakıda 4 yaşlı oğlan uşaq bağçasında yıxılaraq ağır xəsarət alıb
Bakıda bağçada uşaq yıxılaraq ağır xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli Körpələr Evi-Uşaq bağçasında 2013-cü il təvəllüdlü Ələkbərli Əli Hikmət oğlu nəzarətsiz qalaraq pilləkənlərdən yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.