Sosial şəbəkədə biz:

Sumqayıtda 4 nəfəri maşın vurdu - 3-ü öldü

17 September 2015, 11:55
Gündəm
Sentyabrın 16-da axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. " AZinforum.az " APA-ya istinadən xəbər verir ki, magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”-ın sürücüsü də xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.