Sosial şəbəkədə biz:

“Qadın özünü qatarın altına atıb” - Açıqlama

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının qadını vurması məsələsinə aydınlıq gətirib.   ASC-dən Trend-ə daxil olan məlumata görə, 17 sentyabr 2015-ci ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.   Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.   İlkin məlumata görə, mərhum Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir.   Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.   Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxil olub.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol