Sosial şəbəkədə biz:

Azercell satışa çıxarıla bilər

17 September 2015, 15:08
Gündəm
İsveç şirkəti Azərbaycanı tərk edir. TeliaSonera tədricən “Avrasiya” regionunda fəaliyyətinə son qoyaraq, bütün diqqətini “Avropa” regionuna və İsveç bazarına yönəldəcək, telekommunikasiya şirkətinin mətbuat xidməti cümə axşamı bildirib, Oxu.Azİnterfaks-a istinadən xəbər verir. “Proses “Avrasiya” regionunda iştirakı azaltmaq və bir müddət sonra onu tamamilə tərk etmək üçün başlanılıb”, - deyə, şirkətin bəyanatında qeyd olunur. TeliaSonera “Avrasiya” regionuna keçmiş SSRİ ölkələri – Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan, həmçinin Nepalı aid edir. Qeyd edək ki, TeliaSonera Azərbaycanın Azercell mobil operatorunun səhmlərinin 38,1%-nə sahibdir.