Sosial şəbəkədə biz:

Əflatun Amaşov Cəlal Əliyevin dairəsinə getdi

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun hansı dairədən deputatlığa namizəd olacağı məlum olub. “ Azinforum.az ” azpolitika.info-ya istinadən xəbər verir ki, MŞ sədri 62 saylı Saatlı Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq. Bu dairənin hazırki deputatı akademik Cəlal Əliyev 1 noyabr seçkilərində iştirak etməyəcək. Yeni Azərbaycan Partiyası (YAP) 62 saylı dairədən Rəşidov Nazim Sahib oğlunun namizədliyini irəli sürüb. Əflatun Amaşov seçkidə iştirak niyyətini iki gün əvvəl açıqlasa da, hansı dairədən namizəd olacağını bildirməmişdi. “Bunu hələ dəqiqləşdirməmişəm. Dairələrdən kimlərin namizəd olduğunu, kimlərlə qarşılacağımızı bilmək lazımdır. Buna uyğun da təbliğat aparmalıyıq”. Bizə verilən məlumata görə, sabah Əflatun Amaşov sənədlərini 62 saylı Dairə Seçki Komissiyasına təqdim edəcək. MŞ sədri niyə Bakıdan yox, Saatlıdan namizəd olduğunu açıqlamayıb. O, sükan arxasında olduğunu bildirərək, daha sonra əlaqə saxlamağı tövsiyə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol