Sosial şəbəkədə biz:

Ziya Məmmədov işə çıxmır - Rəsmi

"Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə gedib”.
Bu haqda Modern.az saytına nazirliyin mətbuat katibi Namiq Həsənov məlumat verib.
O, mətbuat nümayəndələrinə müraciət də edib: "Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi mətbuatın "Ziya Məmmədov işə gəlmir”, "Tədbirlərə qatılmır” kimi fikirlərinə cavab olaraq bəyan edirəm ki, Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir.
Qoy, bütün kütləvi informasiya vasitələri bilsinlər ki, bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil”.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol