Sosial şəbəkədə biz:

Tapdıq Abbas-da deputat olmaq istəyir

Azərbaycanda 01 noyabr 2015 – ci il tarixdə keçiriləcək parlament seçkilərinə namizədlərin irəli sürülməsi prosesi getdikcə sürətlənir. YAP namizədlərin siyahısını açıqladıqdan sonra seçki prosesinə qoşulmaq istəyənlər öz namizədliklərini irəli sürməyə başlayıblar. Milletinsesi.info-ya verilən məlumata görə "Paralel" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Tapdıq Əlikişi oğlu Abbas da seçki marafonuna qoşularaq 15 sentyabr 2015 -ci il tarixdə namizədliyini 81 saylı Beyləqan DSK-dan irəli sürüb. Qeyd edək ki, Tapdıq Abbas 2000, 2005 və 2010 – cu il parlament seçkilərində fəal də iştirak edib.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol