Sosial şəbəkədə biz:

Vergilər Nazirliyi tikinti şirkətini məhkəməyə verdi

18 September 2015, 11:42
Gündəm
Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti "Ramko" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. “Report”un məlumatına görə, Vergilər Departamenti şirkətin siyahıya alınmış əmlakının açıq hərracda satılmasının təmin olunmasını istəyir. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, "Ramko" MMC tikinti-quraşdırma şirkəti kimi fəaliyyət göstərir.