Sosial şəbəkədə biz:

 ƏLİ HACI SEÇKİLƏRƏ BÖYÜK DƏSTƏKLƏ QATILIR

19 September 2015, 00:15
Gündəm
Sentyabrın 18-də deputatlığa namizədliyi qeydə alınanlardan biri də Əli Haçıdır. Onun namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülüb. Fəal diaspor nümayəndəsi olan Əli Hacı öz qüvvəsini 34 saylı Xətai ikinci seçki dairəsində sınayacaq. Məlum olub ki, sözügedən namizədə DAK və BDM təşkilatları da  dəstək verəcək. Bu barədə razılaşma BDM sədrinin birinci müavini və DAK icra aparatının rəhbəri Samir Adıgözəlli ilə  keçirilən görüşdə əldə edilib.