Sosial şəbəkədə biz:

Bakıda şok reyd – Ən bahalı maşınlar cərimə meydançasına salındı - FOTOLAR

Dünən axşam saatlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində irimiqyaslı reyd keçiriblər. Avtosfer.az-ın məlumatına görə, reyd zamanı dünyanın ən tanınmış brend avtomobilləri və bahalı nömrələri müxtəlif avtomobillər cərimə meydançasına aparılıb. Reydin başlıca məqsədi avtomobilə əlavə avadanlıqlar, yəni səs siqnalı, sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyi edərək səsboğucuya müdaxilə edən, avtomobilin rəng qrafikasını pozaraq vinil yapışdıran, ödənilməmiş cərimələri olan sürücüləri aşkarlamaq olub. Eyni zamanda, yol polisinə tabe olmayan, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib. Reyd zamanı 200-ə yaxın avtomobil saxlanılıb. Onlardan 100-dən çoxu cərimə meydançasına aparılıb. Avtosfer.az-ın əməkdaşı həmin avtomobillərin həqiqətən də yol polisinin cərimə meydançasına aparılıb-aparılmadığını öyrənmək üçün bu gün Bakı həhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı iki cərimə meydançasına baş çəkərək müşahidələr aparıb. Məlum olub ki, həqiqətən də reyd zamanı saxlanılan avtomobillər dünən gecə cərimə meydançasına salınıb. Hətta iş o yerə çatıb ki, hər iki cərimə meydançası dolduğu üçün bir neçə avtomobil yolun kənarında park edilib. Cərimə meydançasına salınan avtomobillər arasında «Bentley», «Porche», «Maserati», «BMW»nin son modelləri, «Mersedes Galendewagen», «Mersedes S-klass», «Range Rover», «Cadillac Escalade», «Hummer», «Lexus» və «Land Gruiser»lər də var idi. Cərimə meydançasında rast gəldiyimiz avtomobillərin nömrələri də göz qamaşdırır. Onlarından bəzilərinin fotolarını təqdim edirik: 10 TM 500 99 AR 392 90 EG 500 10 EG 888 10 HH 006 90 EB 039 10 UO 002 10 CO 099 10 VH 006 90 UZ 999 99 FX 999 10 NN 019 90 HN 905 10 XZ 007 10 ON 004 90 XK 300 90 ED 009 10 VS 070 90 VH 019 90 CC 888 90 SD 222 90 RP 011 99 AA 140 99 AE 056 90 RD 501 10 TO 088 90 HK 888 90 EL 008 10 VG 010 10 ET 400 90 NP 900 90 KK 886 90 DA 333 90 EL 100 90 BU 099 90 UH 888 10 XS 300 90 NN 888 90 LP 111 10 BK 005 90 TT 838 90 AH 177 99 DE 557 10 EX 002 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür reydlər davamlı olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol