Sosial şəbəkədə biz:

Neftçalada zavod sahibi fəhlələrin 12 min manatını mənimsəyib - VİDEO

Şikayətçilər dəfələrlə aiddiyatı orqanlara müaciət ediblər, yenə də nəticəsiz olub Bölgəxəbər -ə daxil olan şikayətlərdən biri də İmişli rayonu Bəhramtəpə qəsəbəsinin bəzi fəhlə işçilərindəndir .Qəsəbədə sürücü kimi çalışan şikayətçilərin sözlərinə görə, iki il öncə Neftçala rayonu beton zavoduna yük daşılasalar da, hələ də əmək haqlarını ala bilmirlər. Məbləğ isə nə az nə çox düz 12 min manatdır. Onların sözlərinə görə dəfələrlə zavodun müdiri Zakir Abdullayevlə görüşsələr də heç bir nəticə əldə olunmayıb. Şikayətçilər dəfələrlə aiddiyatı orqanlara müaciət ediblər, yenə də nəticəsiz olub. BTV adı çəkilən zavodun müdiri Zakir Abdullayevlə əlaqə saxlamağa çalışıb. Amma təəssüflər olsun ki, telefonda nalayiq ifadələrdən başqa heç nə eşidilməyib. Bu da müdir adını daşıyan vəzifə sahibimiz.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol