Bakıda qadın özünü 8-ci mərtəbədən atdı
Paytaxtda 64 yaşlı qadın intihar edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonu, G.Şıxlinski küçəsində baş verib. 1951-ci il təvəllüdlü Əliyeva Dilarə Hüseynəli qızı özünü yaşadığı mənzildən atıb. Səkkizinci mərtəbədən yerə düşən D.Əliyeva elə oradaca keçinib.