Sosial şəbəkədə biz:

Bakı-Sumqayıt qatarına "göz dəydi"

Bakı-Sumqayıt qatarları gözlənilən qədər sürətli olmadı. Əvvəlcədən qatarların iki şəhər arasında cəmi 40 dəqiqəyə hərəkət edəcəyi bəyan edilsə də, fəaliyyətə başladığı gündən indiyə qədər mənzil başına 50 dəqiqədən tez çata bilməyib. Milli.az xəbər verir ki, bu gün isə Sumqayıt sərnişin stansiyasında qeyri-punktuallığın pik həddi yaşanıb. Qatar Sumqayıt stansiyasından 9:00-da yola düşməli olsa da, nə az-nə çox düz yarım saat gecikib. Saat 9:30-a qədər stansiyada sərnişinlər gözləsə də, qatar gözə dəyməyib. Qatarın gecikməsi səbəbindən bilet almış sərnişinlər ödədikləri pulun geri qaytarılmasını tələb etsələr də, dəmir yolu stansiyası əməkdaşları bunun mümkün olmadığını bildiriblər və ödənilmiş pulları geri qaytarmayıblar. Saat 9:30-da stansiyaya yaxınlaşan qatar, yalnız 10 dəqiqə sonra yerindən tərpənib. Bu vaxt ərzində isə stansiyaya toplaşan sərnişinlər geri qayıdaraq avtobusla Bakıya yola düşüblər. Xatırladaq ki, 18 sentyabr tarixində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və qurum Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol