Sosial şəbəkədə biz:

Məhkəmə Dəniz Səkini həbsdə saxladı

22 September 2015, 02:21
Gündəm
Türkiyə Dövlət Konstitusiya Məhkəməsi müğənni Dəniz Səkinin müraciətini rədd edib. Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, narkotik alveri ilə məşğul olduğu iddiası ilə həbs olunan müğənni 6 il 3 aylıq həbs qərarı ilə razı olmayıb Konstitusiya məhkəməsinə müraciət etmişdi. Məhkəmə məsələyə baxandan sonra Dəniz Səkinin eyni müddətdə və eyni həbsxanada öz cəzasını davam etdirməsi qərarına gəlib.