Paşinyan Azərbaycandan danışıb: "Bu, yeni bir tarixdir"
"Bölgədə tarixi dəyişikliklər baş verir: Müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, dəmir yolları Azərbaycan üzərindən Ermənistana yüklər çatdırır, ikitərəfli ticarətin ilk əlamətləri görünür, böyük mal alışları qeydə alınır".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
"Bu, yeni bir tarixdir - sülh tarixidir. Bu tarix Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə yekunlaşdı: 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən sammitdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Bəyannamə imzalanıb və bunu Prezident Tramp da imzalayıb. Xarici işlər nazirlərimiz ilkin olaraq “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” sazişi imzalayıblar və onun mətni hələ 2025-ci ilin martında razılaşdırılıb”, - deyə Paşinyan qeyd edib.