Sosial şəbəkədə biz:
Qurbanlıq heyvanlar BAHALAŞDI
Xəbər Şəkli

Qurbanlıq heyvanlar BAHALAŞDI

25 May 2026, 14:17
Gündəm

Ölkə üzrə qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur. Hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində ən ucuz qurbanlıq heyvanın qiyməti 300 manatdır.

Qiymətlər keçən illə müqayisə necə dəyişir?

Satıcılar qiymətin bahalaşması yemin qiyməti ilə əlaqələndirirlər:

"35 kiloya kimi heyvanlar kilosu 10 manatdan, 35 kilodan yuxarı olanlar 10 manata, 40-45 kilolar isə 9.50 manatdan hesablanır. Artıq behlər verilib, qurbanlıqlar müəyyən olunub. Satış yaxşıdır. Amma həm diri, həm də hazır ətlərin qiymətində artım var. Heyvanlar Cəlilabad, İmişli və adətən Beyləqandan gəlir".

Bölgələrdə də ətin qiyməti bahalaşıb. Satıcılar bunu mal bazarlarının qıt olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, mayın 27-28-si ölkəmizdə Qurban Bayramı qeyd olunacaq.

Milli.az