Rusiya AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqı dayandırıbmı?
Azərbaycanın gözləntiləri Rusiya prezidentinin Düşənbədə olan açıqlamalarına uyğun olaraq prosesin başa çatdırılmasıdır.
Azərbaycanın yerli saytlarının məlumatına görə, bunu dekabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana məktub göndərib və cinayət işinə xitam verilməsi məlumatını bölüşüb, bu isə Azərbaycanda ciddi təəccüb doğurub.
Bu açıqlamaya Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Qəza ilə bağlı həm Rusiyada, həm də Azərbaycanda cinayət işi açıldığı və Qazaxıstanda da təhqiqatın davam etdiyi bildirilir.