Sosial şəbəkədə biz:
Azərbaycanda bu klub bütün futbolçularını QOVDU
Xəbər Şəkli

Azərbaycanda bu klub bütün futbolçularını QOVDU

27 July 2025, 00:12
İdman

"Şahdağ Qusar" futbol klubu bütün futbolçuları ilə müqavilələrə xitam verib.

Bu barədə klubunun rəsmi "Instagram" hesabında paylaşım edilib.

"‎Geridə qalan mövsümlər ərzində "Şahdağ"ın adını futbolumuzun zirvəsinə yazdırmaq üçün ortaya qoyduğunuz əzmkarlıq və fədakarlıq heç zaman unudulmayacaq. "Şahdağ Qusar" futbol klubu olaraq bütün futbolçu heyətinə təşəkkürlərimizi bildirir, gələcək karyeralarında uğurlar arzulayırıq.

‎Yeni futbol mövsümü ilə əlaqədar isə yaxın günlərdə məlumatlar paylaşılacaq", - məlumatda bildirilib.