ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.
DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gəliblər.
Nyu-York/Nyu-Cersi stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Matçın ilk hissəsində hesab açılmayıb.
İkinci hissə qarşılıqlı kobud müdaxilələr və gərgin oyunla yadda qalıb.
Bunun nəticəsi olaraq əsas vaxtın son dəqiqələrində Argentina millisi 1 nəfər azlıqda qalıb. Enzo Fernandez 90+3-cü dəqiqədə gördüyü 2-ci sarı kartdan sonra qırmızı vərəqə ilə cəzalanaraq oyunu tərk edib.
Görüşün əsas vaxtında qapılara qol vurulmayıb və matç əlavə vaxta gedib.
Əlavə vaxtın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Uzatmaların ikinci yarısı başlar-başlamaz İspaniya millisi hesabı açıb. 106-cı dəqiqədə Ferran Torres fərqlənib: 1:0.
Oyun bu hesabla başa çatıb və İspaniya millisi tarixində ikinci dəfə dünya çempionatının qalibi olub.
DÇ-2026
Final
19 iyul
23:00. İspaniya – Argentina 1:0
Qol: F. Torres, 106
Qırmızı vərəqə: E. Fernandez, 90+3
Baş hakim: Slavko Vinçiç
Nyu-York/Nyu-Cersi stadionu
İspaniya: Unai Simon, Pedro Porro, Pau Kubarsi, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal
Argentina: Emiliano Martinez, Qonsalo Montiel, Kristian Romero, Lisandro Martinez, Nikolas Taqliafiko, Rodriqo De Paul, Aleksis Mak Allister, Enso Fernandez, Nikolas Qonsalez, Lionel Messi, Xulian Alvarez