Sosial şəbəkədə biz:
DÇ-2026: Kanada 1/8 finala yüksələn ilk komanda olub
Xəbər Şəkli

DÇ-2026: Kanada 1/8 finala yüksələn ilk komanda olub

29 June 2026, 08:24
İdman

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kanada Cənubi Afrika Respublikası (CAR) millisinə qalib gəlib.

Los-Anceles stadionunda keçirilən matç Kanadanın 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 90+2-ci dəqiqədə Stiven Euştakiu vurub.

Bu qələbənin ardından 1/8 finala yüksələn Kanadanın növbəti rəqibi Niderland - Mərakeş cütünün qalibi olacaq.