Sosial şəbəkədə biz:
DÇ-2026: Norveç Braziliyaya rəqib oldu
Xəbər Şəkli

DÇ-2026: Norveç Braziliyaya rəqib oldu

01 July 2026, 08:04
İdman

Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

ABŞ-nin Arlinqton şəhərində baş tutmuş qarşılaşmada Kot-d'İvuar və Norveç milliləri üz-üzə gəliblər.

Matçın 39-cu dəqiqəsində Antonio Nusa Avropa təmsilçisini hesabda önə çıxarıb. 74-cü dəqiqədə Amad Diallo bərabərlik qolunu vurub.

Erlinq Holand 86-cı dəqiqədə səhnəyə çıxaraq Norveç millisinin 2:1 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, Norveç 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.