Sosial şəbəkədə biz:
Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazanıb
Xəbər Şəkli

Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazanıb

22 March 2026, 09:11
İdman

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

O, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevə qalib gəlib.

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Apasport.az