Karateçilərimiz qızıl medallar qazandı
Azərbaycanın iki karateçisi III MDB Oyunlarında qızıl medal qazanıb.
Belə ki, 84 kilo çəki dərəcəsində çıxış edən Turqut Həsənov və 68 kilo çəki dərəcəsində çıxış edən İrina Zaretska turnirin qalibi olublar.
Qeyd edək ki, bununla da, Azərbaycan karateçilərinin yarışda qazandığı qızıl medalların sayı 5-ə çatıb.