Cənubi Kiprin APOEL klubunun futbolçusu Dieqo Rosa karyerasını Azərbaycanda davam etdirə bilər.
Bu barədə Kipr mətbuatı məlumat yayıb. Bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə bağlı Azərbaycandan APOEL-ə rəsmi təklif daxil olub. Lakin həmin klubun adı açıqlanmayıb.
Xəbərdə vurğulanıb ki, 23 yaşlı oyunçu baş məşqçi Nikos Papadopulosun gələcək planlarına daxil deyil. Həmçinin Rosa özü də komandadan ayrılmaq niyyətindədir. Bu səbəbdən APOEL rəhbərliyi futbolçunu icarəyə vermək və ya satmaq variantlarını ciddi şəkildə nəzərdən keçirir.
Klub rəhbərliyi Azərbaycandan gələn təklifin bütün detallarını nəzərdən keçirdikdən sonra futbolçunun gələcəyi ilə bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, Braziliyanın “Qremio” klubunun yetirməsi olan Dieqo Rosa 2021-2023-cü illərdə İngiltərədə “Mançester Siti”nin formasını geyinib.//Futbolinfo.az