“Qalatasaray” və “Fənərbağça” tezliklə sərvət qazanacaq
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatı təkcə idman baxımından deyil, maliyyə baxımından da klublar üçün böyük əhəmiyyət daşıyır. Belə ki, FIFA-nın Klublara Dəstək Proqramı çərçivəsində klublara böyük məbləğdə ödəniş ediləcək.
Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Məlumata əsasən, “Qalatasaray” gündəlik təxminən 121 min dollar, “Fənərbağça” isə 132 min dollar gəlir qazanacaq.
Qeyd olunur ki, icarə əsasında komandada çıxış edən İrfan Can Kahveci, Sofyan Amrabat və Dominik Livakoviç Dünya Kubokunda iştiraklarını davam etdirdikləri təqdirdə, 1 iyul tarixindən etibarən bu futbolçular üçün ayrılan FIFA ödənişləri “Fənərbağça”ya veriləcək.
FIFA 2022-ci il Dünya Çempionatında klublar arasında ümumilikdə 209 milyon dollar bölüşdürmüşdü. 2026-cı il çempionatı üçün isə bu məbləğ 355 milyon dollara yüksəldilib. Proqram çərçivəsində klublar hər futbolçu üçün gündəlik təxminən 11 min dollar gəlir əldə edəcəklər.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək.
Musavat.com