Sosial şəbəkədə biz:
Qurban Qurbanov klubdan gedir?
Xəbər Şəkli

Qurban Qurbanov klubdan gedir?

31 May 2026, 10:18
İdman

Qurban Qurbanovun axır vaxtlar "Qarabağ" klubundan ayrılacağı ilə bağlı barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyulub.

Adı "Beşiktaş" da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.

Qeyd edilib ki, o, qarşıdakı üç ili də Ağdam klubunda keçirəcək. Sezar pizza

2008-ci ildən "köhlən atlar"ı çalışdıran təcrübəli mütəxəssis klubu ilə 2029-cu ilədək müqavilə imzalayıb. Yeni kontrakta əsasən, "Qarabağ" Qurbanovun əməkhaqqısını da artırıb.

Xatırladaq ki, Q.Qurbanov "Qarabağ"ı 13 dəfə ölkə çempionu edib, 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Bu mövsüm ikinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edən kollektiv pley-off mərhələsinə qədər yol gedib.

Sportinfo.az