Sosial şəbəkədə biz:
"Traktor"dan MÖHTƏŞƏM QƏLƏBƏ: İlk oyunda böyük hesabla qalib gəldi
Xəbər Şəkli

"Traktor"dan MÖHTƏŞƏM QƏLƏBƏ: İlk oyunda böyük hesabla qalib gəldi

13 September 2025, 09:07
İdman

Bonyan Dizel Stadionunda keçirilən oyunda “Traktor” “Alüminium Arak”ı 4:1 hesabı ilə məğlub edib.

Təbrizin “Traktor” klubu İran çempionatının ilk turunda doğma azarkeşləri önündə inamlı qələbə əldə edib.

Matçda xorvatiyalı hücumçu Domaqoy Drojdek het-trik edərək görüşün ən yaddaqalan futbolçusu olub. Komandanın yeni oyunçusu Reqqi Luşka isə “Traktor”un heyətində ilk qolunu vurub.

Qələbə sayəsində Təbriz təmsilçisi mövsümə uğurlu start verib.