Sosial şəbəkədə biz:
UEFA Çempionlar Liqası: "Qarabağ" "Liverpul"a 0:6 hesabı ilə məğlub oldu
Xəbər Şəkli

UEFA Çempionlar Liqası: "Qarabağ" "Liverpul"a 0:6 hesabı ilə məğlub oldu

29 January 2026, 08:56
İdman

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Liverpul"a (İngiltərə) böyük hesabla uduzub.

"Enfild" stadionunda keçirilirən matçda ev sahibləri 6:0 hesablı qələbəyə seviniblər.

İlk qolu matçın 15-ci dəqiqəsində Aleksis Mak Allister, ikinci qolu matçın 21-ci dəqiqəsində Florian Virts, 3-cü qolu qolu matçın 50-ci dəqiqəsində Məhəmməd Salah, 4-cü qolu Uqo Ekitike, 5-ci qolu matçın 61-ci dəqiqəsində Aleksis Mak Allister, 6-cı qolu isə matçın 90-cı dəqiqəsində Federiko Kyeza vurub.

Məğlubiyyətə baxmayaraq, "köhlən atlar" əsas mərhələdə topladığı 10 xal sayəsində 22-ci pilləni tutaraq, pley-offa yüksəlməyi bacarıb.