Sosial şəbəkədə biz:
2026-cı il Azərbaycan iqtisadiyyatı üçün ağır il olacaq
Xəbər Şəkli

2026-cı il Azərbaycan iqtisadiyyatı üçün ağır il olacaq

31 December 2025, 10:39
İqtisadiyyat

2026-cı il Azərbaycan iqtisadiyyatı üçün ağır il olacaq. Səbəb neft hasilatının azalması və qeyri-neft sektorunun yoxluğudur.

İqtisadçı ekspert Zöhrab İsmayıl: “2010-cu ildə nə qədər neft istehsal olunurdusa, 2026-cı ildə hasilat onun yarısı qədər olacaq... Neft bumu başlayandan bəri ölkəyə 250 milyard dollar vəsait gəlib. Təəssüf ki, bu, mühüm iqtisadi dəyişikliyə gətirib çıxarmayıb. Biz xaricə neft-qazdan başqa meyvə-tərəvəz satırıq, bir az da kimya məhsulları satırıq. Ölkə idxaldan asılı vəziyyətdədir. Əgər ölkənin öz tələbatını ödəmək üçün istehsalı kifayət etmirsə, bir çox məhsulları idxal edirsə, üstəlik, neftdən asılıdırsa, deməli, iqtisadiyyat inkişaf etməyib. Bu cür davam etmək uçuruma doğru getməkdir”.