“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb.
Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 milyon manat vergi ödənişi ilə sektorda 2-ci yeri tutub.
Bu göstərici Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti çərçivəsində dövlət qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməsinə sadiqliyinin bariz nümunəsidir.