Azərbaycan 7 ayda yarım milyon ədəd paltar asılqanı idxal edib
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 209,2 min dollar dəyərində 491 min 85 ədəd ağacdan paltar asılqanları gətirilib.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında ağacdan paltar asılqanların idxalı 19% və ya 115 min 209 ədəd azalıb.
Məlumat üçün qeyd edək ki, idxal olunan ağacdan paltar asılqanları ötən ilin eyni dövrü ilə müqayisədə 6% bahalanıb. Belə ki, idxal olunan ağacdan paltar asılqanların 1 ədədinin orta gömrük dəyəri ötən ilin ilk 7 ayında 68 qəpik olduğu halda, bu ilin ilk 7 ayında 72 qəpik olub.
Azərbaycana ağacdan paltar asılqanlarının 98%-i Çindən gətirib. Bu ölkədən Azərbaycana 481 min 430 ədəd ağacdan paltar asılqanları idxal olunub. Ən az asılqan isə İtaliya və Bolqarıstandan alınıb. Bu ilin ilk 7 ayında bu ölkələrin hər birindən 1 ədəd paltar asılqanı gətirilib.
Bu ilin ilk 7 ayı ərzində idxal edilən ağacdan paltar asılqanların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 481 430 ədəd (1 ədədin orta gömrük dəyəri 62 qəpik)
Serbiya – 4 193 ədəd (8,84 manat)
Türkiyə – 3 901 ədəd (4,06 manat)
İspaniya – 902 ədəd (1,14 manat)
Fransa – 534 ədəd (1,68 manat)
Portuqaliya – 101 ədəd (4,04 manat)
Yunanıstan – 13 ədəd (36,62 manat)
İran İslam Respublikası – 6 ədəd (45,34 manat)
İndoneziya – 3 ədəd (357 manat)
İtaliya – 1 ədəd (102 manat)
Bolqarıstan – 1 ədəd (17 manat)
Yeniavaz