Sosial şəbəkədə biz:

Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb

Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 954 milyon manat təşkil edib.

Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 % az, ilin əvvəlinə nisbətən 6,7 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,4 % çoxdur.

Bunun 56,6 %-i, yaxud 24 milyard 313,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 8,9 % artaraq 15 milyard 437 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 7,5 % artaraq 3 milyard 203,3 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 514,4 milyon manatı (il ərzində 2,1 % artıb) qısamüddətli, 19 milyard 439,6 milyon manatı (+28 %) isə uzunmüddətli olub.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol