Sosial şəbəkədə biz:
Azərbaycan ərazisindən keçən yük Ermənistana göndərildi – Fotolar
Xəbər Şəkli

Azərbaycan ərazisindən keçən yük Ermənistana göndərildi – Fotolar

02 February 2026, 08:41
İqtisadiyyat

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar yola salınıb.
Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.